NAXÇIVAN – AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

NAXÇIVAN – AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR

NAXÇIVAN – AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.

Azərbaycanda Avropa Görmək İstəyənlər
Naxçıvana Gəlsinlər.
Regionda Media və Cəmiyyət MMC-
nin sədri — Əlmaniz Ələkbərli

Diaspor info saytının məlumatına görə bu günlərdə Ukrayna Respublikasında yaşayan bir çox diaspor təşkilat rəhbərləri Azərbaycanda olublar. Onlardan bir neçəsi Azərbaycanın Şərq Qapısı sayılan, qədimi tarixi ilə seçilən Naxçıvan MR-da olublar.

NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.
NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Regionda Media və Cəmiyyət MMC-nin sədri, Diaspor.info saytının təsisçisi və baş redaktoru, MDB ölkələri arasında diaspor təşkilatlarının fəaliyyətinin monitorinqini aparan Əlmaniz Ələkbərli də, qonaqlar arasında olub. Saytımızın Azərbaycan bürosu, əslən Kəngərli rayonu Qıvraq qəsəbəsindən olan və hazırda Kiyevdə yaşayan Əlmaniz Ələkbərli ilə həmsöhbət olub.
Sual. Siz bir neçə gündür ki, azərbaycandasınız, xüsusəndə Naxçıvan MR-da olmusunuz. Azərbaycanda hansı yeniliklərlə rastlaşdınız?
Mən bir il öncə Naxçıvanda olmuşdum. Naxçıvan təkcə özünün əzəmətli dağları, Əlincə qalası vəyaxud Batabatı, Əshabü kəhfi ilə öyünmür. Bu gün Naxçıvan elə sürətlə inkişaf edir ki, onu tanımaq olmur. Naxçıvanda gəzərkən bir daha əmin oldum ki, bura bir Avropa şəhəridir. Bəli, yanılmadınız, Avropa şəhəri.

NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.

Bəlkə də, Azərbaycanda yaşayanlar ölkəmizdə gedən sürətli inkişafı elə də hiss etmirlər. Lakin biz qonaqlar, ildə bir dəfə vətənimizə gələrkən gördüyümüz xeyli yeniliklərdən bu qənaətə gəlirik. Mən bir çox Avropa ölkələrində olmuşam. Almaniya, İsveçrə, Hollandiya, Avstriya və s. Almaniyanın Köln şəhərində gördüyüm bir çox şeyləri Naxçıvanda da gördüm. Burada biraz da, daha artığını gördüm. Məsələn, mən heç bir dövlətdə rast gəlməmişəm ki, köhnə binaların Dövlət tərəfindən fasadları təmir olunan zaman vətəndaşların pəncərələri və qapıları da, dəyişdirilsin. Hətta yerli sakinlərdən aldığım məlumata əsasən əgər təmir işləri vətəndaşlarda narahatlıq yaradırsa tikinti işləri bitənədək həmin insanların kirayə pulları da, dövlət tərəfindən ödənilir.

NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.
NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.

Naxçıvanı gəzməklə doymaq olmur. Siyasi və iqtisadi baxımdan strateji bir yer olan Naxçıvan MR-sı sabitlik baxımından da, birincidir. Burada demək olar ki, oğurluq halları yox dərəcəsindədir. Tarix boyu ərənlər yurdu olan naxçıvandakı yenilikləri, tikinti-quruculuq işlərini gördükdə, bu inkişafa biganə qala bilmirsən. Bilirsinizmi, biz həmişə inkişaf etmiş ölkələrdən nümunə gətirməyi sevirik. Bəs görəsən özümüzdə olan gözəlliyi, yaxşı halları niyə sadalamaq istəmirik?
Sovetlər birliyi dağıldıqdan sonra Naxçıvan Azərbaycanda yeganə yer idi ki, bütün məktəblilər həmin vaxtdan bu günə kimi də, məktəbli forması geyinir. Hətta Naxçıvan Ali təhsil ocaqlarında oxuyanlar və təhsil müəssisəsində çalışan müəllimlər də, xüsusi forma geyinirlər.
Bu gün yalnız naxçıvanda istər taksi, istər də, avtobus sürücüləri xüsusi forma geyinirlər. Mən bu hallara 2008-ci ildə Almaniyada rast gəlmişdim və həmişə də, bu halı təbliğ edirdim. Bu gün belə nümunəvi halları bizlər xüsusi olaraq deməliyik. Çünki bəzən bəzi millətini satanlar Azərbaycan, Naxçıvan haqqında yalanlar uyduraraq yanlış məlumatlar verirlər.

NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.
NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.

Naxçıvanın əzəmətli ordusu, ayıq-sayıq hüquq-mühafizə orqanlarının olması bəzi xarici qüvvələrə sərf etmədiyi üçün, bəzən xüsusi olaraq qarayaxma kompaniyası aparılır. Naxçıvan şəhərində olarkən YPX-i maşınlarına çox az rast gəldiyim üçün vətəndaşlardan səbəbini öyrəndim. Məlum oldu ki, kameralar vasitəsi ilə şəhərə nəzarət olduğu üçün daha küçələrdə sürücü qovmağa ehtiyac duyulmur.
Bəli, bu kimi bir neçə hal, mənim kimi əslən naxçıvanlı olanlarda qürur hissi yaşadır. Bütün bu yaxşı hallara görə Naxçıvan Ali məclisinin sədri Vasif Talıbov cənabına minnətdarlığımızı bildirir və ürəkdən təşəkkür edirik.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də, Prezident İlham Əliyev tərəfindən daha müasir formada davam etdirilən daxili və xarici siyasətimiz Naxçıvan MR-da özünü daha qabarıq göstərir.

NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.
NAXÇIVAN - AZƏRBAYCANDA AVROPA ŞƏHƏRLƏRİNİ XATIRLADAN MƏKANDIR.

Naxçıvan özündə Şərq və Avropa mədəniyyətini, qədimilik və müasirliyi birləşdirən bir məkandır. Bəlkə də, Naxçıvan dünyada yeganə məkandır ki, dünyanın harasında yaşamasından və hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq, hər bir naxçıvanlı Naxçıvan Ali məclisinin sədri Vasif Talıbova sədrimiz deyir. Bu gün naxçıvanda aparılan tikinti-quruculuq və abadlıq işlərinə, o cümlədən elm-təhsil, hərbi və digər sahələrdə aparılan uğurlu işlərə rəhbərlik edən Ali məclis sədri, xalqın ona göstərdiyi etimadı layiqincə doğruldur.
Yaxşı oldu ki, bu dəfə mən sizinlə görüşərək sizə müsahibə verdim. Hər il gələndə naxçıvanda yeni bir gözəlliklə rastlaşır və geri dönən zaman dostlarımla bölüşürdüm. Bu dəfə isə sizin vasitənizlə fikirlərimi dünyada yaşayan minlərlə insan, o cümlədən naxçıvanlılar oxuyacaq.
Sonda onu demək istəyirəm ki, bu gün Azərbaycanın, Naxçıvanın inkişafını yalnız kor insanlar görə bilməz!

Diaspor info.
Naxçıvan Bürosu.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*