Müasir Azərbaycan müstəqillik illərində

Müasir Azərbaycan müstəqillik illərində

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş müdrik şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir dövlətimiz qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutumuşdur. Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uğuru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı yüksək mərhələlərdə bir daha tarixi təsdiqini tapır. Ulu öndərin Aszərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin yeni şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmni sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Azərbaycan milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndər ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas əsas prinsipləridir”. Bu siyasi xətt – fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən eütibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə star verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi

sayəsində o dövrdə Sovet Azərbaycanının tarxində böyük dönüş yaratmışdır. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını həmin illərin tərəqqisinin səviyyəsi bir daha təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə həkimiyyətə gəlişindən sonrakı dövr, əvvəlki idarətmə əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 1970-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı. Bəşəriyyətin inkişafına öz layiqli töhfəsini verən, böyük və zəngin tarixə mailk olan xalqımızın ötən əsrin son onilliyində azadlığını yenidən bərpa etdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımı səviyyədə idarə bilməmişdilər. Onların üzərinə düşən yüksık məsuliyyəti dərk etməmiş və gənc müstəqil dövləti, demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Xüsusilə, 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Azərbaycan xalqı cəmi bir il o səriştəsiz hakimiyyətə dözə bildi. Müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinini 20 faizninin zəbrt olunması və bunun nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi idarəolunmaz vəziyyətə düşmüşdü. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müaharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlət dünya xəritəsində olmazdı. Heydər Əliyevin hakimiyyətə qayıtmaıs ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini, onun iqtisadiyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müdədət ərzində bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli Dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını

iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesbalanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Ulu öndər iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin, Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildı Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac kəmərlərinin istismara verilməsi, Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanmasına nail oldu.

Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı.

Dşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyin və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin müdrik, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, geniçşmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sektoru ilə yanaşı, digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi. Heydər Əliyevin müəyyən etdiyisosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişafı olmuşdur və müasir Azərbaycanın qurucusu bu sahədə bu sahədə də mühüm işlərə imza atmışdır. Bu baxımdan ulu öndərin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq tranzit dəhlizlərin, ölkənin regionlararası, şəhər və rayondaxili yol- nəqliyyat instruktrunun inkişafı və bu sistemin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası prosesi dururdu. Bu məqsədlə TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGEYT Proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi. Ümummili liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasınında qurulması, aqrar islahatların həyata keçirilməsi və bu bölmənin inkişafına təkan vermiş, kənd təsarüffatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu və

uğurla həyata keçirtdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvələrindəki böhranlı vəziyyətdən xilas etdi.

Heydər Əliyev gələcək iqtisadi inkişafınnı məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: “ Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmi tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinini liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş müvafiq Dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kişik və orta sahibkarlığın inkişafı iqtisadi siaysətin prioritet istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşmasdırılması istiqamətində mühüm addımlar atıldı.

Ümummili lideri ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi olmuşdur. Hetdər Əliyev bölgələrdsəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək olar. O dövrdə bazaf münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması regionların hazırkı inkişafına əlverişli zəmin yaratdı.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini başlıca məqsəd kimi müəyyənləşdirmişdi. Ölkədə hər bi nəfərin rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədləri 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş ali qanunvericilik sənədində Konstitusiyada da təsbit edilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərməyə başlamışdır. Ümummilli liderin müxtəlif illərdə imzaladı\ı fərman və sərəncamlarla hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə,elm, mədəniyyət sahəsində çalışanların əməkhaqları, eləcə də pensiyaların minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlillərinin və Azərbaycanın bütövlüyü uğrubda əlil olanların pensiya və müavinətləri bir neçə dəfə artırılmış, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis edilmişdir. Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və mıcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanun, fərman və sərəncamlar imzalanmışdır. Ümummilli liderin qərarı ilə

Dövlət Neft Fondundan ilk vəsait qaşqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Məcburi köçkünlərin çadırlardan müasir evlərə köçürülməsi, onların haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması sahəsində ilk addımları məhz Heydər Əliyev atmışdır.

Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən ulu öndər demişdir: “İstər bir azərbaycanlı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat anlamım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə, regionda gerçəkləşdirilən bütün tranmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalaq saəviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş olkəmizin inkişafının sürətlənməsinə mühüm töhfələr vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi beynəlxalq institutlarla səmərəli əlaqələr yaradılmışdır.

Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi – bərpa və dinamik inkişaf dövrü başlanmışdır. Müasir Azərbaycan dövlətinin banisinin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Ölkəmizin iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Ötən dövr ərzində ölkəmizin bütün sahələrdə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasının yeni modelinin nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin başladığı və davam hazlırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu model Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi

möhkəmləndirən, Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən yüksək templə inkişaf edən ölkəsidir. Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyaların və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkiaf etdirir.

Prezident İlham Əliyevin iqtisadi siyasətində insan amili mühüm yer tutur. Təsadüfi deyil ki, hökumətin son illərdə həyata keçirtdiyi bir çox infrastruktur layihələri məhz sosial mahiyyət kəsb etmişdir. Yeni təhsil, səhiyyə, mədniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi – bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal inestisiya layihələrinin çox cüzi qismidir. “Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” – deyən Azərbaycan Prezidenti İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Son illər korrupsiyaya qarşı müabirzə tədbirləri çərçivəsində yaradılmış “Asan Xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu yeni, müasir, şəffaf və çevik xidmət növü vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artıçaqla yanaşı, ölkə başçısının neqativ hallara qarşı mübarizədə prinsipail siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir. Dünya maliyyə-iqtisadi böhranının dərinləşdiyi bir şəraitdə inkişaf tempini qoruyub saxlayan, qlobal enerji-kommunikasiya layihələrinin icrasını inamla davam etdirən respublikamız qarşıya qoyduğu hədəflərin böyük qismini praktik şəkildə gerçəkləşdirmişdir. Sistemli, məqsədyönlü və uzaq prespektivlərə hesdablanmış strategiya iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli mühüm layihələrin reallaşdırılmasına imkan vermişdir. Ötən dövrdə ictimai həyatın bütün sahələri üzrə əldə olunmuş pozetiv nəticələr məhz konkret məqsədlərə yönəlmiş praqmatik iqtisadi siyasətin nəticəsidir. Təəssüf ki, ölkəmizdə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəktləri ilə özlərini ifşa etmiş bəzi adamalr xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar.

Əlbəttə, Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini bilir. Ümumiyyətlə, bu cür cəhdlər faydasız və nəticəsizdir., iflasa məhkumdur, çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib. Bütün bu reallıqları görən hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlətimizin başçısına, onu siyasətinə bööyük inamını ifadə edir. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlar, o cümlədən sosoial şəbəkələrdə yalan məlumatlar yayanların “fəaliyyət”i xalq tərəfindən ciddi narazılıqla qarşılanır.

Bu gün müstəqil Azərbaycan ümummili lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Dövlət başçısı İlham Əıliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, ölkə qarşıya qoyduğu bir çox məqsədlərə nail olub. Prezident İlham Əliyevin idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələr, hər bir bölgədə abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Ümummilli liderimizin layiqlli davamçısı olan ölkə rəhbəri tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Ümummili liderin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadi inkişaf kursunun müvəffəqiyyətlə davam etdirilməsi hazırkı milli tərəqqinin intensivləşdirən mühüm strateji faktorlardan biridir. Müvafiq islahatların operativ reallaşdırılması ilə yanaşı, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Davamlı tərəqinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosal-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər iqtisadi siyasət çərçivəsində

həyata keçirilən tədbirlərin səmərəliyini təmin edib. Hazırda sosialyönümlü iqtisadiyyatın inkişafı, eyni zamandaqarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, prioritet sahələrdə davamlı inkişaf göstəriciləri ölkəmizin tərəqqi yolunda olduğunu göstərir. Yeni şəraitdə ölkənin iqtisadi inkişafının ardıcıllığını təmin etmək məqsədilə həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. Əldə olunan ilk nəticələr onu deməyə əsas veri ki, başlanan yeni iqtisadi kurs ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcəkdir.

Ötən dövrün təhlili, imzalanmış strateji əhəmiyyətli sənədlər bu qənaəti bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalşır. Təbii ki, həyata keçirilən bütün bu tədbirlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Çünki ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ölkəmizin məhz bu siyasət nəticəsində yeni-yeni uğurlar qazanacağına inanırıq.

Məzahir Əhmədov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Ağsaqqallar Şurasının üzvü.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*