Modern Hazırlıq Mərkəzi bölgədə liderdir

Modern Hazırlıq Mərkəzi bölgədə liderdir

Azərbaycan müstəqilliyini elan etdikdən sonra, bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də, xeyli dəyişiklik və inkişaf oldu. Ali təhsil ocaqlarına qəbul imtahanları, sovetlər birliyi dövründən fərqli olaraq test üsulu ilə keçirilməyə başladı. Bundan əlavə, bizlər üçün tamamilə yad olan, türkiyədən gəlmiş “Araz “ kursları və s. Azərbaycan təhsilinə xeyli yeniliklər gətirdi. Araz kursları pullu olduğu üçün çoxlarının arzusu olaraq qalsa da, lakin bu kursların məzunları arasında çox savadlı kadrlarımız yetişdi. Vaxtı ilə həmin kurslarda oxuyan şagirdlərlə də, söhbətimiz olmuşdur.

Modern Hazırlıq Mərkəzi Bölgədə Liderdir.

Onlarla söhbətimiz zamanı əsas diqqətimizi çəkən bəzi məqamlarla oxucuları da tanış etmək istəyirik. Belə ki, şagirdlər müəllimlərin onlarla çox səmimi olduqlarını, dost olmağa can atmalarını, bilmədiklərini təkrar soruşan zaman səbr və təmkinlə cavab vermələrini və ən nəhayət bir valideyin obrazını məharətlə oynamalarını xüsusi vurğulayırdılar. Düzdür, bir müddət keçdikdən sonra sözügedən kurslar, hansısa siyasi liderlərə xidmət etdiyinə görə Azərbaycan ərazisində fəaliyyətləri dayandırıldı. Lakin Azərbaycan müəllimləri öz təhsil mərkəzlərini açaraq, sübut etdilər ki, heç də türklərdən geri qalmırlar. Buna misal “Zaqatala Modern Hazırlıq Mərkəzini” göstərmək olar. Zaqatala MHM-i dərslərə orta məktəblərdə dərs saatı bitdikdən sonra başlayır. Bununla sübut edirlər ki, keyfiyyətli təhsil almaq üçün heç də, səhər saatlarında, orta məktəbə getməyərək kurslara gəlməyə ehtiyac yoxdur.

Modern Hazırlıq Mərkəzi Bölgədə Liderdir.

Zaqatala MHM-nin bir müsbət cəhəti də odur ki, onlar orta məktəblərdə oxuyan əlaçı şagirdləri öz mərkəzlərinə cəlb etmirlər. Elə buna görə də, Zaqatala MHM-i bölgədə liderlik edir. Çünki hər səviyyədə şagirdləri öz kurslarına cəlb edən Zaqatala MHM-i sonda 700 ballıq nəticə göstərən şagirdlər yetişdirir. Zaqatala MHM-də olarkən heç də, bölgədəki Universitet filiallarının təhsil ocaqlarından fərqlənməyən, bəlkə də, biraz da yaxşı vəziyyətdə olan təhsil ocağı ilə qarşılaşdıq. Müəllimlərə gəldikdə isə, istər qadın, istər də kişi müəllimləri ilə söhbətimiz zamanı yalnız mehribançılıq və yüksək səviyyəli təhsil işçilərinin olduğunu müşahidə etdik. Sanki, burada dərs verən müəllimlərin heç birinin şəxsi problemi yoxdur. Onlar heç vaxt şəxsi problemlərini sinifə gətirməyərək, Avropa ölkələrində olduğu kimi gülümsəməyi bacarırdılar. İngilis dili müəllimi Fuad Osmanovla söhbətimiz zamanı, hər bir şagirdini şəxsən tanıması, xarakteristikasını gözəl bilməsi bizi valeh etdi.

Modern Hazırlıq Mərkəzi Bölgədə Liderdir.

Əslində belə müəllimlər özlərini uşaqlara valideyin qədər sevdirə bilirlər. Riyaziyyat müəlliməsi Sura Hümbətova, Kimya müəllimi Ramil Həbilov və riyaziyyat müəllimi Vasif Məhərrəmov da, şagirdlər arasında xüsusi nüfuz sahibləridirlər. Zaqatala Modern Hazırlıq Mərkəzinin direktoru Şamo Babayevin yaxşı rəhbər vəyaxud təhsil işçisi olması isə, onun yaratdığı mehriban kollektivə baxarkən özünü göstərir. Şamo müəllim digər təhsil müəssisələrində olduğu kimi bir neçə katibə saxlamadığına görə, onun otağının qapısı həmişə açıq olur. Ən əsası isə, direktor, özünü bir çox təhsil müəssisələrində olduğu kimi, rəhbər olduğunu işçilərinə üstən aşağı baxmaqla sübut etmir. Əksinə onlarla çiyin-çiyinə çalışaraq, mərkəzin nailiyyətlərini daha da, artırmağa çalışır. Bütün bu zəhmətin bəhrəsidir ki, ötən tədris ilində bir nəfər, Asya Mahmudova 700 bal toplamışdır. Bu il isə yaz qəbulunun nəticələrinə görə Səmra Hüseynova 695 bal, Xalid Orucov 685 bal və iyirmiyə yaxın şagird 550-dən yuxarı nəticə göstərib. Əminik ki, növbəti imtahanlarda MHM-n şagirdləri arasında yenə də, 700 bal toplayanlar olacaqdır. Araşdırmalarımızdan belə qənaətə gələ bilərik ki, Zaqatala MHM-i öz fəaliyyəti ilə Zaqatala-Balakən təhsilinə həmişə müsbət təsirini göstərir.

Əlmaniz Ələkbərli.
Azərbaycan Jurnalistlər və
Yazıçılar birliyinin üzvü.

Modern Hazırlıq Mərkəzi Bölgədə Liderdir.
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*