Kardioloq dr.Günay Rəhimova: “Pasientlərimdə inam yaratmağa çalışıram”

Kardioloq dr.Günay Rəhimova: “Pasientlərimdə inam yaratmağa çalışıram”

– Günay xanım, bu sənətə niyə gəldiniz?

– Əmim qızı həkim idi. Onda mənim yeddi-səkkiz yaşım var idi. Ona baxanda məndə həkimliyə maraq yaranırdı. Yəqin ki, ondan qaynaqlanır.

– Neçə ildi ki, əyninizə ağ xalatı geyinirsiniz?

– Artıq on beş ildir ki, fəaliyyətdəyəm.

– Peşənizə olan sevginizin arxasında hansı sirr dayanır?

– İnsanların məmnunluq hissi dayanır. Çox ağır xəstələrlə işləmişəm. Hər dəfə onların sevincini gördükdə işimlə qürur duyuram.

– Nə vaxtsa əyninizdən ağ xalatı birdəfəlik çıxartmaq barədə düşünmüsünüzmü?

– İki-üç dəfə olub, amma o fikir tez bir zamanda keçib gedib.

– Hələ də unuda bilmədiyiniz əməliyyatınız hansı olub?

– Asissentlik dövrümdə olub. Onda Mərkəzi klinikada işləyirdim. Bir hərbçi gətirmişdilər. Ölüm ayağnda idi. Biz onu yatızdırmalı idik. O, məndən soruşdu ki, mən ayılacağam? Dəqiq bilirdim ayılmayacaq, amma yenə də dedim ki, ayılacaqsınız. O sözü deməyə məcbur idim. Həmin hadisənin üzərindən 8-9 il keçsə də, hələ də gözümün qabağındadır.

– İş prinsipiniz necədir?

– Bəzən bizim xəstəyə yazdığımız dərmandan çox, ona verdiyimiz vədlər, sözlər və inam ona kömək edir. Bu baxımdan, bacardığım qədər pasintlərimdə inam yaratmağa çalışıram.

– Bir kardioloq olaraq öz ürəyinizdə sağalmaz bir “yara” varmı?

– Xeyr, şükür ki, hər şey yaxşıdır.

– Son zamanlarda ən çox müşahidə etdiyiniz xəstəlik hansıdır?

– İnfarkt çox cavanlaşıb. Bunun da kökündə düzgün qidalanmamaq, stress faktoru, siqaretdən, qəylanda, narkotik vasitələrdən və s. istifadə etməkdir.

– Beynəlxalq konfranslarda iştirak edirsinizmi?

– Bəli, İstanbulda alti-yeddi ay kurs keçmişəm. Bundan başqa, müxtəlik ölkələrdə konfranslarda və kurslarda iştirak etmişəm.

– Bizim həkimlərlə, xarici həkimlərin fərqini nədə görürsünüz?

– Bizim çox savadlı həkimlərimiz var. Sadəcə olaraq, bizdə tibbi sığortanın tam təkmilləşməməsi zaman-zaman müəyyən problemlərə gətirib çıxardır və pasientlərdə həkimlərimizə qarşı bir inamsızlıq formalaşdırır.

– Bu peşə sizdən nə aldı?

– Yəqin ki, gənclik illərimi. Ağır xəstələrlə çalışdığıma görə, həyatımın çox hissəsi stresslə keçdi. Amma pasientlərimin məmnunluq hissini görəndə, nə yaxşı ki, həkim oldum, deyirəm.

– Ailə həyatı ilə bu iş alnınırmı?

– Çətin də olsa, alınır. Məm karyeramı qurduqdan sonra, ailə həyatı qurdum. Yoldaşım da həkimdir. Bəlkə elə ona görə məni anlayır.

– Həmkarlarınız baxımından sizi narahat edən məsələ nədir?

– Bizim həkimlər bir-birlərini pisləyirlər. Birlik yoxdur. Bunun da “qurban”ı çox zaman pasientlər olur.

– Həkim olmağına həkim oldum, lakin… Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Həkim olmağına həkim oldum, lakin bunun qarşılığını tam almadım.

Həkimlə əlaqə: (055) 2405278

Kardioloq dr.Günay Rəhimova: “Pasientlərimdə inam yaratmağa çalışıram”
Kardioloq dr.Günay Rəhimova: “Pasientlərimdə inam yaratmağa çalışıram”
Kardioloq dr.Günay Rəhimova: “Pasientlərimdə inam yaratmağa çalışıram”
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*