Güclü külək əsəcək – PROQNOZ

Güclü külək əsəcək – PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksəkləcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 9-da hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin gündüz saatlarında güclü şimal-qərb küləyinə keçəcəyi gözlənilir ki, bu da meteohəssas insasnlar üçün əsasən əlverişsizdir.

ETSN-nin xəbərdarlığına əsasən, oktyabrın 9-u gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*