“Europa DONNA Azerbaijan” təşkilatı növbəti maarifləndirici tədbir keçirib

“Europa DONNA Azerbaijan” təşkilatı növbəti maarifləndirici tədbir keçirib

Süd vəzisi xərçəngi bütün dünyada qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür. Əsrin bəlasına çevrilmiş bu xəstəlik ağciyər xərçəngindən sonra, dünyada ən çox yayılmış xərçəng növüdür. Bu xəstəliyə yaxalananlar arasında 9 yaşında qız uşağı da var, 95 yaşında ahıl da. Azərbaycanda da süd vəzisi xərçənginə tutulan qadınlar az deyil. Bu cür xəstələrin tibbi yardımla yanaşı, psixoloji dəstəyə də çox böyük ehtiyacları olur.

“S.A” modalar evinin dəstəyi ilə “Europa DONNA Azerbaijan” təşkilatı bu yönümdə daha bir addım ataraq, “Süd vəzisi xərçənginə tutulmuş qadınlara dəstək” maarifləndirici aksiyasını həyata keçirib.

Qeyd edək ki, “Europa DONNA” təşkilatı 1994-cü ildə Fransada italiyalı həkim tərəfindən döş xərçəngindən əziyyət çəkən qadınlara dəstək məqsədilə yaradılıb. 47 ölkədə faəliyyət göstərən “Europa Donna” qadınların bu xəstəliyə qarşı mübarizə aparmalarına dəstək olur və müxtəlif maarfləndirici tədbirlər həyata keçirir. Təşkilat artıq 3 ildir ki, 48-ci ölkə olaraq, Arzu Əliyevanın prezidentliyi ilə ölkəmizdə də fəaliyyətə başlayıb.

Tədbirdə vaxtilə süd vəzisi xərçəngindən əziyyət çəkən, lakin müalicə olunaraq sağalan qadınlar, bu yolu necə keçdiklərini, rastlaşdığı çətinliklərin öhdəsindən necə gəldiklərini danışıblar. Tədbirdə fəxri qonaq qismində iştirak edən Ukraynanin taninmiş aktyoru Oleq Savkin, həkimlər, Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Quliyev, Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva da bu xətəlikdən əziyyət çəkənlərə hər zaman dəstək olacaqlarını bildiriblər. Rəsmi hissədən sonra qonaqlara milli mətbəximizdən nümunələr və çay süfrəsi təşkil olunub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*