Deputatdan oğlunun tutulması xəbərinə REAKSİYA

Deputatdan oğlunun tutulması xəbərinə REAKSİYA

Milli Məclisin deputatı İqbal Məmmədovə məxsus olduğu bildirilən Lerikdəki “Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyi əməkdaşlarının döyülməsi xəbəri yayılıb.

Unikal.org-a açıqlama verən İqbal Məmmədov baş verən hadisəni təxribat adlandırıb:

“Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən “Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”.

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: “Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*