Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK

Bu gün Azərbaycanda təbiət hadisəsi BAŞ VERƏCƏK

Bu gün Azərbaycanda növbəti təbiət hadisəsinə şahid olacağıq.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, yay fəslinin ölkəmizə qədəm qoyması iyunun 21-də yerli vaxtla saat 19:54-ə təsadüf edəcək. Həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yayın gəlişi ilə Azərbaycan ərazisində gündüz ən uzun, gecə isə ən qısa vaxta çatır. Bir neçə gündən sonra isə gündüz qısalmağa, gecə uzanmağa başlayacaq ki, həmin proses nəticəsində də 21 sentyabr tarixində gecə-gündüz bərabərliyi baş verəcək.

Bu il payız sentyabrın 23-də Bakı vaxtı ilə saat 11:50-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 08:19-da (qış Günəş qarşıdurması anı) başlanacaq.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Qeyd edək ki, ildə bir dəfə yaz gecə-gündüz bərabərliyi (21 mart), bir dəfə isə payız gecə-gündüz bərabərliyi (21 sentyabr) baş verir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*