Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında YENİLİK qəbul olundu

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında YENİLİK qəbul olundu

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənəkənar plenar iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*