Azərbaycana daha çox hansı ölkələrdən qanunsuz miqrantlar daxil olur?

Azərbaycana daha çox hansı ölkələrdən qanunsuz miqrantlar daxil olur?

Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin daha çox hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib ki, Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.

O əlavə edib ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrdəndir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*