SON DƏQİQƏ! İranda neft boru kəməri yanır

SON DƏQİQƏ! İranda neft boru kəməri yanır

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Ümidiyyə-Əhvaz neft boru kəmərində yanğın baş verib.

Bunu İranın Xuzistan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Kiyamərs Hacızadə deyib.

K.Hacızadənin sözlərinə görə, boru kəmərində təmir işləri aparılarkən buldozerin toxunması nəticəsində yanğın baş verib:

“Yanğın baş verən məkana yaxın Salehabad kəndi təhlükəsizlik məqsədilə təxliyə edilib. Hazırda vəziyyət nəzarətdədir. Neft boru kəməri bağlanıb və boruda qalan neft yanmaqdadır.

Yanğının söndürülməsi üçün əməliyyat aparılır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*