Soğan ucuzlaşdı, indi pomidor bahalaşdı

Soğan ucuzlaşdı, indi pomidor bahalaşdı

İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.

Bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib.

S.Herəndinin sözlərinə görə, əvəzində pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb.

Direktor əlavə edib ki, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) bahalaşıb.

S.Herəndinin sözlərinə görə, 1 kiloqram pomidorun qiyməti ixrac qadağası ləğv olunanadək 20 min rial (təxminən 0,47 dollar) idi.

Qeyd edək ki, İranda son vaxtlar bahalaşma ilə əlaqədar İranın Sənaye, Mədən və Ticarət Nazirliyi bazarı tənzimləmək məqsədilə soğanla yanaşı, kartofun da ixracına qadağa tətbiq edib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*