Rusiya İrana qarşı sanksiyalara qoşuldu

Rusiya İrana qarşı sanksiyalara qoşuldu

Rəsmi Moskva Yaxın Şərqdə müharibə təhlüksindən ehtiyat edir

Rusiya İrana S-400 (“Triumf” Zenit- Raket Kompleksini satmaqdan boyun qaçırıb. Rəsmi Moskva Yaxın Şərqdə gərginliyin artması səbəbindən belə bir qərar qəbul edib. Bu haqda lenta.ru saytı yazıb.

Məlumdur ki, ABŞ İrana siqnal olaraq öz Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyat məsuliyyəti zonasına Abraham Lincoln təyyarədaşıyan gəmisi başda olmaqla hərbi gəmilər qrupu və eləcə də, bombardmançı təyyarələr qrupu göndərib.

Mayın 17-də məlum olub ki, iki ABŞ Hərbi Dəniz Qüvvələrinin iki minadaşıyan eskadrası Fars körfəzinə daxil olub, bu ərəfədə – mayın 15-də İrakdakı amerikan qoşunları ən yüksək hərbi hazırlıq səviyyəsinə gətirilib; buna səbəb İran tərəfindən İraqdakı Amerika qüvvələrinə hücum təhlükəsini önləmək olub. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İrana arşı müharibə etmək istəmədiyi haqda bəyanat verib.

S-400 (“Triumf”) – Rusiyanın uzaq və orta mənzilli zenit-raket sistemidir. Bu zenit-raket kompleksi hava-kosmik hücumun bütün müasir və perspektivli vasitələrinin məhv edilməsi üşün nəzərdə tutulmuş silah növüdür. S-400 (“Triumf”) Rusiya Federasiyasının Silahlı Qüvvəərinin ixtiyarına 2007-ci ildə verilib.

Şərh:
 Rusiya Federasiyası Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasına qarşı bütün mümkün məcbuetmə, o cümlədən, hərbi müdaxilə vasitələrindən istifadə edə biləcəyini düşünür. ABŞ İranla nüvə sazişindən çxdıqdan və İslam Rrespublikası uranın zənginləşdirilmısinə davam etməyə başladıqdan sonra belə bir təhlükə daha da artdı. Prezident Obama dövründə imzalanan sazişi indiki Prezident Donald Tramp pozarkən İranın imzalanmış sövdələşmələrə əməl etmədiyini əsas gətirdi. Xüsusilə, Administrasiyanın “qırğı”larından sayılan Con Boltonun Milli Təhlükəsizlik Üzrə Köməkçi təyin olunmasından sonra ABŞ-ın İrana qarşı sərt xətti daha da gücləndi. Bu ayın ortalarında ABŞ Administrasiyası İrana qarşı 120 minlik qoşun qrupu göndərmək qərarına gəldi. Zamanında İraqa da bu qədər qüvvə göndərilməsi faktını xatırladan ekspertlər ABŞ-ın İrana hərbi müdaxiləsinin bu dəfə qaçılmaz olacağını düşünürlər. Bu ehtimalları bir çox ölkələrin ABŞ-ın sanksiyaları altına düşməkdən ehtiyat edərək İranla məsafə saxlamaq qərar vermələri də artırır.

Rusiyanın İrana S-400 (“Triumf”) ZRK satmaqdan imtina etməsi bu ölkənin məğlub olacağı təqdirdə sistemin ABŞın əlinə keçə biləcəyi və buna qarşı adekvat müqavimət sistemi yaradacağı qorxusundan da qaynaqlana bilər. Bundan başqa Çin başda olmaqla bir sıra dövlətlər bu arada İrandan neft idxalını ya məhdudlaşdırıb, ya da tamamilı dayandırıb. Böyük ehtimalla, bir yandan İranı indiki çətin durumunda neft-qaz satış qiymətlərinə və kvotalarına yenidən baxmaq zorunda buraxmaq istəyi ilə yanaşı bu dövlətlər mümkün müharibəni önləmək üçün Tehranın müəyyən güzəştlərə sövq edilməsidir. Rusiyanın da qərarının motivasiyası burdan gəlir; İranla ABŞ arasında müharibə başlayacağı təqdirdə İran qaçqınları Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən keçməklə Rusiyaya axışacaqlar. Bu, Rusiya üçün çox böyük problemlər yarada bilər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*