Putinlə Makron “35-ə 35” formulu ilə əsir mübadiləsindən danışdı

Putinlə Makron “35-ə 35” formulu ilə əsir mübadiləsindən danışdı

Rusiya və Fransa Prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında növbəti telefon danışığı olub.

Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Tərəflər söhbət zamanı “Normand dördlüyü”nün keçiriləcək növbəti sammitini müzakirə ediblər, eləcə də 2015-2016-cı illərdə Paris və Berlində Kiyevlə əldə olunmuş razılıqların həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Söhbət Donbassdakı təmas xəttində qüvvə və vasitələrin ayrılması və “Ştaynmayer formulu”nun yazılı şəkildə birləşdirilməsindən gedir.

Dövlət başçıları Rusiya ilə Ukrayna arasında məhkumların “35-ə 35” formuluna görə mübadiləsini müsbət qiymətləndiriblər. Putin və Makron bu humanitar aksiyanın Moskva ilə Kiyev arasında münasibətlərin normallaşmasına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında məhkumların mübadiləsi sentyabrın 7-də baş tutub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*