Notr-Dam alovlar içində: daxildən çəkilmiş şəkillər yayıldı – FOTO

Notr-Dam alovlar içində: daxildən çəkilmiş şəkillər yayıldı – FOTO

Reuters” ötən gecə Parisdə yanmış Notr-Dam kilsəsinin daxildən çəkilmiş fotoşəkillərini yayıb.

Kadrlarda yanmış tarixi binanın içində yanğınsöndürənləri, həmçinin, kilsənin səcdəgahını və salamat qalmış əsas xaçını görmək olur.

Qeyd edək ki, yanğın kilsənin üçdə iki hissəsini külə döndərib, binanın qədimi saatları belə məhv olub. Yanğının binada aparılan restavrasiya işləri zamanı meydana gəldiyi güman edilir. Habelə restavrasiyanın baş memarı Filip Vilnyov bina alovlanan zaman içəridə işçilərin olmadığını əmin edir.

Fransa prezidenti Emmanuel Makron Fransa xalqına yanmış tarixi binanın bərpa ediləcəyini vəd edib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*