Motosikletlər poçt markasında

Motosikletlər poçt markasında

Rusiya poçtu avqustun 29-da motosikletin tarixinə həsr olunmuş 3 poçt markasını dövriyyəyə buraxacaq. Bu orijinal poçt markalarının üzərində PMZ A-750, İJ-8 və “Ural-Saxara” adlı motosikletlər öz əksini tapacaq.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün Moskva və Sankt-Peterburq şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanacaq. Bundan əlavə markaların üzərinə xüsusi həkketmə həyata keçiriləcək. Layihə dizayner-rəssam İ.Ulyanovskiyə məxsusdur.

Hər 3 marka poçt vərəqində yer alaraq 30×42 mm ölçülərində hazırlanacaq və 104 min nüsxə ilə tədavülə buraxılacaq. Poçt vərəqi isə146×170 mm ölçülərində 13 min nüsxə ilə işıq üzü görəcək.

Onu da qeyd edək ki, hər markanın nominal dəyəri 32 rubl təşkil edəcək.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*