Misir ehramlarının yaxınlığında “Sfinks” hava limanı açılacaq

Misir ehramlarının yaxınlığında “Sfinks” hava limanı açılacaq

Misirdə yeni beynəlxalq “Sfinks” hava limanı oktyabrın 15-dən etibarən test rejimində fəaliyyətə başlayacaq. Bu barədə ölkənin mülki aviasiya naziri Yunus əl Məsri bəyan edib.

Qahirənin qərbində, Böyük ehramlar zonasından və yeni tarix muzeyindən 12 kilometr məsafədə yerləşən yeni “Sfinks” hava limanı turizm axınına təsir göstərəcək.

Misirin yeni hava limanının açılması Qahirə aeroportunda sıxlığı aradan qaldırmaq və çarter reyslərini təmin etmək məqsədi daşıyır. Hava limanının ümumi sahəsi 25500 kvadratmetrə bərabərdir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*