İran və Rusiya hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıblar

İran və Rusiya hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıblar

İran Silahlı Qüvvələrinin Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyi arasında ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.

H.Xanzadinin sözlərinə görə, sənəd onun Rusiyaya səfəri zamanı imzalanıb: “Bu, bu cür qarşılıqlı anlaşma haqqında ilk memorandumdur və Tehranın və Moskvanın müdafiə sahəsində münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirilə bilər”.

Xatırladaq ki, daha əvvəl H.Xanzadi “IRNA” agentliyinə müsahibəsi zamanı bildirmişdi ki, Rusiya və İran yaxın zamanda Hörmüz boğazında birgə hərbi-dəniz təlimləri keçirə bilərlər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*