İran Türkiyə ilə birgə PKK-ya qarşı əməliyyat keçirəcəyini təsdiqlədi

İran Türkiyə ilə birgə PKK-ya qarşı əməliyyat keçirəcəyini təsdiqlədi

İran və Türkiyə PKK terrorçularına qarşı birgə hərbi əməliyyat keçirəcəklər.

Bunu İran xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Zülfüqar deyib.

O, PKK-nın hər bir ölkə üçün təhdid olduğunu vurğulayıb.

Nazir müavini əlavə edib ki, İran-Türkiyə sərhədində heç bir problem yoxdur.

Xatırladaq ki, martın 6-da Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK terror təşkilatına qarşı birgə hərbi əməliyyat keçirəcəyini bəyan etmişdi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*