Bu gün ilk ərəb kosmonavt səmaya uçacaq

Bu gün ilk ərəb kosmonavt səmaya uçacaq

Bu gün ilk ərəb kosmonavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş həyata keçirəcək.

Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mənsuri BKS-də səkkiz gün keçirəcək.

Sentyabrın 29-da isə stansiyada çalışan digər kosmonavtlar üçün ərəb mətbəxindən ziyafət veriləcək.

Qeyd edək ki, H.əl-Mənsurinin olduğu heyət sabah Baykonur kosmodromundan yola düşəcək. Heyətdə rusiyalı Oleq Skripoçka və amerikalı Cessika Meir də yer alacaq.

Hazırda BKS-də rusiyalı Aleksey Ovçinin və Aleksandr Skvortsov, amerikalı Nik Heyq, Kristina Kuk və Endrü Morqan, eləcə də italiyalı Luka Parmitano işləyir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*