Böyük Britaniya hökuməti yenilənmiş Brexit sazişinin mətnini hazırlayıb

Böyük Britaniya hökuməti yenilənmiş Brexit sazişinin mətnini hazırlayıb

Böyük Britaniya hökuməti yenilənmiş Brexit sazişinin mətnini hazırlayıb. Yaxın günlərdə hazırlanan yeni sazişin daha çox hissəsinin açıqlanacağı gözlənilir.

Hökumət tərəfindən Avropa İttifaqına verilən təkliflərin əsas hissəsi olaraq Şimali İrlandiya və İrlandiyada gömrük rəsmiləşdirmə zonaları yaratmaq nəzərdə tutulur.

Yeni müqavilənin Avropa İttifaqının oktyabrın 17-də keçirilməli olan sammiti öncəsi müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, İngiltərə oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək. Baş Nazir Boris Conson Avropa İttifaqından razılaşma yolu ilə ayrılmağı üstün tutduğunu söyləyib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*