BƏƏ sakinləri halal turizm seqmentində 17 milyard dollardan çox vəsait xərcləyiblər

BƏƏ sakinləri halal turizm seqmentində 17 milyard dollardan çox vəsait xərcləyiblər

Dubayın Ticarət-Sənaye Palatasının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakinləri 2017-ci ildə ölkə hüdudlarından kənarda halal turizm seqmentinə 17,6 milyard dollar vəsait xərcləyiblər.

AZƏRTAC xəbər verir ki, BƏƏ vətəndaşları bu göstərici üzrə əhalisi əsasən müsəlmanlardan ibarət ölkələr arasında lider olublar. İkinci yeri Səudiyyə Ərəbistanı sakinləri (16 milyard dollar), üçüncü yeri isə Küveytdən olan səyahətçilər (10,5 milyard dollar) tutublar. Dubay Ticarət-Sənaye Palatasının hesabatına görə, bu rəqəmlər “Mastercard” ödəniş sistemi və Dünya Turizm və Səyahət Şurasının məlumatlarına əsaslanıb.

Tədqiqatda, həmçinin qeyd olunur ki, halal turizm sənayesinin həcmi 181 milyard dollar təşkil edir və 2020-ci ilədək 221 milyard dollaradək yüksələcək. Həmin dövrədək müsəlman turistlərin sayı 131 milyondan 156 milyon nəfərədək artacaq. 2017-ci ildə hər bir turist orta hesabla 1381 dollar xərcləyib. Bu göstərici 2020-ci ilədək 1417 dollara çatacaq.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*