Təhsil naziri “Bilik günü”nün qeyd olunması ilə bağlı əmr imzalayıb

Təhsil naziri “Bilik günü”nün qeyd olunması ilə bağlı əmr imzalayıb

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əmrə əsasən, Azərbaycanın bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də təntənəli şəkildə qeyd ediləcək.

Əmrdə “Bilik günü” tədbirinin saat 8.00-dan etibarən Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanması qeyd olunub. Həmçinin sentyabrın 15-i şənbə gününə təsadüf etdiyindən beşgünlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdlərinin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılmasının təmin edilməsi əmrdə yer alıb.

Beşgünlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-si hesab olunması, altıgünlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərin sentyabrın 15-dən başlanması sənəddə əksini tapıb.

Yerli təhsili idarəetmə orqanlarına bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmələri barədə tapşırıq verilib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*